Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Əsra Gəzginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Kult.az-a verilən məlumata görə, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir.
Əsra Gəzgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.
Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan Ə.Gəzginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”+Video
Film aprelin-2-də Azərbaycan İctimai Televiziyasının efirində də yayımlanacaq.
Daha öncə filmin ilk bölümü yayınlanmışdı.
- Heydərov onu idarə rəisi təyin etdi
- Qarabağla bağlı yeni fond yaradılır
- "Birbank"dan taksit kart: İlk taksit ödənişinizə 50 bonus...
- Bu şəxslərə 3 il müavinət ödəniləcək
- Nazir onu idarə rəisi təyin etdi
- Bununla bağlı cəzalar sərtləşdirilir: 5 ilədək həbs...
- İyulun ilk günü hava necə olacaq?
- Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün...