İsveç alyansa üzv olana qədər Finlandiyanın NATO-ya üzvlüyü tam olmayacaq.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə İsveç xarici işlər naziri Tobias Billström çıxış edib.
"Biz Finlandiya üçün şadıq. Bu, qardaş ölkəmiz üçün irəliyə doğru atılmış mühüm addımdır, üzvlük həm Finlandiyanın, həm də İsveçin təhlükəsizliyini gücləndirəcək. Lakin Finlandiyanın qeyd etdiyi kimi, İsveç üzv olana qədər onların üzvlük prosesi tam başa çatmayacaq", - nazir bildirib.
Qeyd edək ki, martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb, yaxın günlərdə ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatının tamhüquqlu üzvü olacağı gözlənilir.
- Ukrayna Avropanın qoruyucusudur – Börnhem
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- İran Məkkə sazişinə dəvət alıb? – Tehrandan açıqlama
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Xələf Xələfova ağır itki
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi