Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, eləcə də karotinoidlə zəngin ərzaqlar ağciyərlərin təmizlənməsinə kömək edir. Bu ərzaqlar həm də bir çoxları üçün əlçatandır. Yaş ötdükcə ağciyərlərin fəaliyyəti pisləşə bilər, digər tərəfdən də havada toplanan zəhərli maddələr də ağciyərə öz mənfi təsirini göstərir. Bunları nəzərə alaraq, onları təmizləyən ərzaqları rasiona daxil etmək, bu orqanın düzgün fəaliyyətini dəstəkləmək lazımdır.
BUTA.TV bu barədə “MedikForum” saytı yazır.
Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər. Brokkoli, gül kələm, eləcə də daha əlçatan olan baş kələmin tərkibində olan antioksidantlar orqanizmdən zəhərli maddələrin xaric olmasını stimullaşdırır. Karotinoidlə zəngin ərzaqlar. Karotinoidlərin qəbulu ağciyər xərçənginin inkişaf riskinin aşağı salınması ilə bağlıdır. Onlar narıncı və qırmızı rəngli meyvə-tərəvəzlərin tərkibində böyük miqdardadır.
Omeqa-3 yağ turşuları ilə zəngin ərzaqlar. Tədqiqatlara əsasən, yağ turşuları ilə zəngin olan ərzaqlar xroniki astma zamanı son dərəcə faydalı təsir göstərir. Fol turşusu ilə zəngin ərzaqlar. İspanaq, qulançar, çuğundur və mərci ağciyər xərçənginin yaranmasına səbəb olan kanserogen maddələrin orqanizmdən kənarlaşdırılmasını fəallaşdıra bilir.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
Sarımsaq. Sarımsağın tərkibində ağciyərlərdə iltihabı azaltmaq və sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malik olan xeyli miqdarda allisin var. Tərkibində C vitamini olan ərzaqlar. Portağal, qırmızı və yaşıl bibər, limon və qreypfrut, eləcə də kələm müəyyən dərəcədə ağciyərlərin düzgün fəaliyyətinə kömək edir, nəticədə bütün bədənə daha çox oksigen daxil olur.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...