Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ-dan nüvə texnologiyası almağa cəhd edir. Ancaq bu sahədə Rusiya və Çinlə də əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı karbohidrogenlərə tam etibar etmək niyyətində deyil. Buna görə enerji mənbələrini şaxələndirməyə çalışır. Həmçinin, Ər-Riyadın Vaşinqton tərəfindən nüvə texnologiyası təminatını əldə etmək cəhdləri Səudiyyə Ərəbistanının ölkədə nüvə silahının yaradılmasına maneə olan bir sıra şərtlərlə razılaşmaqdan imtina etməsinə görə uğursuz olub.
Qəzetin yazdığına görə, eyni zamanda Ər-Riyad Vaşinqtona təzyiq göstərərək İsraillə münasibətlərin normallaşdırılmasını nüvə texnologiyası ilə dəyişməyi təklif edir.
- Ukrayna Avropanın qoruyucusudur – Börnhem
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- İran Məkkə sazişinə dəvət alıb? – Tehrandan açıqlama
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Xələf Xələfova ağır itki
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi