Rusiya Ukrayna ərazisinə raket hücumlarının taktikasını dəyişir.
BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Ekspert bildirib ki, bu, raketlərin sayının kəskin azalmasından qaynaqlanır:
“Hazırda yaxın məsafədən raketlərdən istifadə edilir. Bunlar cəbhəyanı şəhərlərdə olan S-300 raketləridir. Yəni, praktikada Rusiya atəşi cəbhə xəttinə yaxınlaşdırır. Ölkə daxilində raketlər artıq getdikcə daha az uçuşur”.
Jdanov eyni zamanda xəbərdarlıq edib ki, raket zərbələri təhlükəsi hələ də qalmaqdadır:
“Bundan sonra nə olacağını bilmirəm. Əgər onların bir ay ərzində 40-50 raket yığa biləcəyindən danışırıqsa, belə düşünürəm ki, bizim artıq daha bir raket partiyasını görəcəyimiz gün yaxınlaşır”.
- Ukrayna Avropanın qoruyucusudur – Börnhem
- Qaribaşviliyə qarşı yeni ittiham irəli sürüldü
- İran Məkkə sazişinə dəvət alıb? – Tehrandan açıqlama
- Daha bir erməni əsgərinin meyiti tapıldı
- Xələf Xələfova ağır itki
- Rus ordusu üç kəndi işğal etdi
- Munir Tehrana səfərindən öncə Trampla danışıb
- Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi