Yağıntıların qeyri-bərabər paylanması uzun çəkən az yağıntılı dövrdən sonra, yağıntının bir gündə aylıq normanı üstələməsi halları, son illərin səciyyəvi tendensiyasına çevrilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Rafiq Verdiyev BUTA.TV-a bildirib ki, aprel ayının iki günü tamamlanmamış, artıq Abşeron yarımadasında intensiv yağıntı aylıq normanı aşıb, toplam 36 mm-lik miqdarla aylıq norma 152 faizə çatıb. Bu da son 21 il ərzində ən yüksək göstəricidir:
"Son dəfə 2013-cü il aprelin 24-də Bakıda 26 mm yağıntı düşmüşdü ki, bu da aylıq normanın 113%-ni təşkil etmişdi".
Xidmət rəisinin sözlərinə görə, regionlarda müşahidə olunan yağıntılı hava isə çayların sululuğuna müsbət təsir göstərib və bu cür halların təkrarlanması, çoxalması iqlim dəyişmələrinin fəsadlarından xəbər verir.
Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - VİDEO
- Sabah Bakıda böyük tıxaclar olacaq
- Xahiş edirəm, azərbaycanlı tərəfdaşlar kimi... - Vuçiç
- Belqradda bu bina bayrağımızın rəngləri ilə işıqlandırıldı - Video
- Professor xəbərdarlıq etdi: Dəhşətli təhlükə yaxınlaşır
- Çingiz Abdullayev Mehdiyevdən yazdı, “quş” buraxdı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq
- Vuçiçin adından verilən şam yeməyində "Ay Laçın" ifası... - Video
- İlham Əliyevdən çox şey öyrənirəm - Vuçiç