Aylar öncə kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manata, kiloqramı 13-14 manata olan quzu ətinin qiyməti isə 17 manata təklif olunur.
Ekspertlərin fikrincə, ətin mövcud qiyməti uzun müddət sabit qalacaq.
Amma bahalaşan bu qiymətlər fermerlər kimi alıcıları da ciddi narahat etməyə başlayıb. İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bahalaşmaya səbəb olan amillərdən danışıb. Onun sözlərinə görə, ətin bahalaşmasına ilkin səbəb bazarda ərzaq məhsullarının 50%- ə yaxınının qiymətindəki artımdır: “Ətin qiymətinə təzyiqləri təsnifləşdirməli olsaq, səbəbi iki yerə bölmək olar. Biri xərc maddələrinin artması, yəni heyvan yemlərinin, otun, eləcə də heyvan bəslənməsi ilə bağlı xərclərin qarşılanmasıdır. Artıq qışın sonudur və otun, yemin tükənən vaxtıdır. Heyvanların bəslənmə xərci artdığına görə, bu, ətin maya dəyərinə təsir edir. Digər səbəb ümumi bazar qiymətlərinin bahalaşması ilə əlaqədardır. Bilirsiz ki, bazarda 50 faizdən çox məhsulun qiyməti bahalaşıb. Bu baş veribsə, digər 50 faizinin də qiymətlərinin artırılması qaçılmazdır”.
Ekspert bu ilin payızına qədər ətin qiymətinin sabit qalacağını vurğulayıb:
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
“Artıq aprel ayıdır və ot mövsümü başlayır. Otun birinci biçimi 15-20 gündən sonra başlayacaq və qiyməti bir qədər sabitləşəcək. Bunun ardınca yay mövsümü başlayır və istixanalarda, eləcə də açıq sahədə yetişdirilmiş kənd təsərrüfatı məhsulları bazara çıxacaq. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu ilin payızına qədər ətin qiyməti indiki formada sabit qalacaq. Bir məsələ istisnadır ki, ilin yay aylarında bazarlarda sıçrayışlı qiymət artımı olsa, bu, ətin qiymətinə də təsir edəcək. Ola bilsin ki, ətin qiyməti əlavə olaraq 1 manat da bahalaşsın”, - deyə Akif Nəsirli əlavə edib.
- Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü
- Ərəb turistlərin Azərbaycana marağı azaldı – Səbəb
- Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
- Azərbaycan XİN Çinə başsağlığı verdi
- Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb
- İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan
- Yanğına səbəb olan sahibkarlar: Hansı cəzalar gözləyir?
- Dedilər ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin...