Durduq yerə məzhəb münaqişəsi yaradırlar. Halbuki bu ölkədə heç kim bir-birindən məzhəbi barədə soruşmur. Hansı məzhəbə mənsub olduğunuzu Ərdoğanın ağzından eşitmisinizmi? Bu ölkədə seçkiqabağı əhval-ruhiyyəni korlamaq cəhdləri alınmaz.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP başqanı, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun "Ələvi" başlığı altında paylaşdığı videoya münasibət bildirərkən deyib.
"Ayaqqabı ilə namaz xalçasına çıxa bilərsiniz. Qazi Mustafa Kamal Atatürkün adının arxasında gizlənərək ölkəni qaranlığa qərq edənlərin dövrü keçib. İndi biriləri köhnə Türkiyənin bu məsələlərini "qanatmağ"a çalışır. Nə qədər çalışsalar da, buna imkan verməyəcəyik. Türkiyənin qazanclarına əl uzadılmasına imkan verməyəcəyik", - Ərdoğan qeyd edib.
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü
- Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
- 68 yaşlı motosiklet sürücüsü qəzada öldü
- Rusiya daha bir gəmini vurdu
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır