Aprelin 23-də saat 01 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində 1986-ci il təvəllüdlü Vüsal İlham oğlu İlhamlının kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki,hadisə ötən gün saat 23:50 radələrində köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında baş verib.
Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini 1993-cü il təvəllüdlü Əlizadə Rüfat Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-ci il təvəllüdlü Cəlilabad rayon sakini İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib. Nəticədə V. İlhamlı döş qəfəsinin sol yarısının daxilə keçən və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini alıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayat işi başlanaraq ibtidai istintaq aparılır. Əlizadə Rüfat Kərim oğlu şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, mərhum “Finca Azərbaycan” Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işləyirdi.
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı