Dünya Rusiyanın hərbi potensialını həddən artıq yüksək qiymətləndirdi, amma Ukraynanın imkanlarını isə lazımınca qiymətləndirmədi.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlər Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
“Rusiya xüsusi xidmət orqanlarının Putini necə aldatdığını gördük. Əvvəlcə Rusiya Ukraynanın şərqində və Kiyev istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdi. Amma indi ukraynalılar onları geri atıblar. Ruslar artıq irəliləmək iqtidarında deyillər. Ukrayna artıq öz resurslarını toplayıb əks hücuma hazırlaşır. Görünür, bu, ciddi əks-hücum olacaq”, - Volker bildirib.
- Daha bir HƏMAS komandiri öldürüldü
- Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı
- Bu ölkədə polis təqibi zamanı dəhşətli qəza: 7 ölü
- Kanada ABŞ-la ticarət danışıqlarını dayandırdı
- 68 yaşlı motosiklet sürücüsü qəzada öldü
- Rusiya daha bir gəmini vurdu
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır