Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.
Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır
- Nikolayevdə partlayış oldu, digər bölgələrdə də...
- Onların təklifi qəbuledilməzdir - Putin
- Moskvaya yaxınlaşan 2652 PUA... - Sobyanin
- İsrail öncədən Suriyanı xəbərdar edibmiş - Katz açıqladı
- Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var
- Rusiya Kiyevdə hava limanını vurdu - Video