Türkiyədə 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı son sorğuların nəticələri açıqlanıb.
BUTA.TV xəbər verir ki, “Areda Survey”in 19-22 apreldə 17,4 min respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 51,4% səslə qalib gələcək.
“Millət ittifaqı”nın namizədi Kamal Kılıçdaroğlunu isə respondentlərin 41,8% dəstəkləyib.
İkinci tur olacağı təqdirdə, respondentlərin 53,5%-i Ərdoğana, 46,6%-i Kılıçdaroğluna səs verəcəyini bildirib.
ORC-nin eyni tarixdə keçirdiyi sorğuda isə ikinci turun qaçılmaz olduğu bildirilib. Belə ki, sayı açıqlanmayan sorğu iştirakçılarının 49,3%-i Kılıçdaroğlunu, 42,4%-i Ərdoğanı, 6,1%-i Məhərrəm İncəni, 2,2%-i isə Sinan Oğanı dəstəkləyib.
ORC ikinci turla bağlı nəticələri açıqlamayıb.
- Sevastopola PUA hücumu: yaralılar var
- İran bu ölkələrdən yeni razılaşmalarla bağlı mesajlar alır
- Nikolayevdə partlayış oldu, digər bölgələrdə də...
- Onların təklifi qəbuledilməzdir - Putin
- Moskvaya yaxınlaşan 2652 PUA... - Sobyanin
- İsrail öncədən Suriyanı xəbərdar edibmiş - Katz açıqladı
- Süleymançılara qarşı yeni əməliyyat: saxlanılanlar var
- Rusiya Kiyevdə hava limanını vurdu - Video