Təəssüf ki, istər Azərbaycanın Qarabağ iqtisadi rayonunda, istərsə də sözügedən ərazidə yaşayan əhali ilə sıx əlaqədə olan Ermənistanda Üçtərəfli bəyanata və ona əsaslanan sənədlərə əməl etməyən dağıdıcı qüvvələr var.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
"Azərbaycanın nəzarət-buraxılış məntəqəsini qurması qondarma tərəfin cəhdlərinin qarşısını almaq üçün məcburi tədbirdir. Çünki Ermənistanda "müharibə partiyası" yeni savaş üçün Qarabağı silahla doldurmaq və Xankəndiyə gənc peşəkarlar adı altında gizlənmiş silahlıları daşıyır. İnanıram ki, keçid məntəqəsinin fəaliyyəti Qarabağın əsl dinc əhalisinə – onun Ermənistanla qarşılıqlı əlaqəsinə və mülki yüklərin daşınmasına çətinlik yaratmayacaq.
Lakin regionda sözün əsl mənasında gərginliyin və təxribatların, eləcə də Azərbaycan hərbçilərinin müəyyən protokol hərəkətləri zamanı Ermənistanın mümkün təhrifinin qarşısını almaq üçün keçid məntəqəsində Rusiya sülhməramlı kontingentinin nümayəndələrinin olması məqsədəuyğun görünür", - o bildirib.
- Arzuma kəsilən cəza ağır və qeyri-mütənasibdir
- 12 il əri tərəfindən “əsir” saxlanılıb - Fransız qadının həyatı gündəm oldu
- 10 avtobusun hərəkət sxemi dəyişdirildi
- Sabah hava necə olacaq?
- Bakıda 177 eskalator yenilənir - Foto
- Bağçalara uşaqların elektron qəbulu başlanılır
- Xalqa və dövlətə xidmət təntənəsi - Video - Fotolar
- Bakının mərkəzində bu yollar tam bağlanır