Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları tədarük etmək üçün İrandan Xəzər dənizi vasitəsilə külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ın rəsmi açıqlama və sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, son altı ayda Rusiya yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb:
"Tədarüklər barədə informasiya ABŞ tərəfindən ötürülüb. İran silahlarının Rusiya üçün sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Gəmi 2000 artilleriya mərmisi olan 1000 konteyner daşıyırdı. İranın BMT-dəki nümayəndə heyəti və Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı şərh tələblərinə cavab verməyib. Ağ Evin Milli Təhlükəsizlik Şurası da şərh verməkdən imtina edib. ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar. Tehran Rusiyaya silah çatdırmaq üçün əsasən yük təyyarələrindən istifadə edib və müdaxiləni demək olar ki, qeyri-mümkün edib. Xəzər dənizindəki hərəkətlər isə onun sahilindəki keçmiş sovet respublikalarının köməyini tələb edəcək".
- Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı
- Emin Araz Ağalarovu "Sea Breeze"də gəzdirdi - Video
- Azərbaycanlılar İranın parçalanmasının qarşısını aldı - Vilayəti
- Mustafayevin məhkəmə işi: Pandemiya vaxtı 13 min sərnişin...
- Fərqanə xanım Nigar Camala niyə söz atır? - Tolikdən sərt ismarıc
- Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...
- Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi
- AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - VİDEO