Rusiyadan yalnız bu icazəni almalıyıq - Podolyak

09:14 - 26 Aprel 2023 - GÜNDƏM

 Rusiyadan yalnız bu icazəni almalıyıq - Podolyak

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Macarıstan vitse-spikeri Doru Duronun Ukraynanın NATO üzvlüyü ilə bağlı açıqlamasına sərt münasibət bildirib.

BUTA.TV xəbər verir ki, Podolyak bu barədə yerli telekanala açıqlamasında deyib.

“Niyə Macarıstan ölkəmizin suverenliyinə və ya bizim seçimimizə münasibət bildirir? Yaxud NATO-nun Baş katibi Yens Stoltenberq vasitəsilə bütün, tamamilə bütün ölkələrin (Macarıstan istisna) Ukraynanın mütləq üzv olması ilə bağlı yekdil olduğunu bildirən alyans haqqında nəsə deyir? Rusiyadan hansı icazəni almalıyıq? Rusiyadan yalnız bir icazə almalıyıq - Rusiyanın olmaması üçün... Yəni biz bunu silahlı qüvvələrimizlə almalıyıq, Rusiyaya başa salaq ki, belə dövlətlər rəqabət qabiliyyətli deyillər və bu formada mövcud ola bilməzlər”, - deyə Podolyak bildirib.

Qeyd edək ki, D.Duro Ukraynanın NATO üzvlüyünün Rusiyanın icazəsindən sonra mümkün olacağını açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol