Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov rusiyalı bloger Yuri Duduya müsahibəsində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ona etdiyi yaxşılıqları danıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Haqqın.az” Kasparovun müsahibələrinə istinadən məlumat yayıb.
Kasparov bildirib ki, Heydər Əliyev onun üçün “demək olar ki, heç nə etməyib”:
“Əliyevin mənim üçün etdiyi yeganə şey Karpovla oynamaq imkanı yaratmasıdır. Vəssalam. Əslində, Əliyevin yeganə köməyi o idi ki, mənə Karpovla oynamaq üçün fiziki imkan verildi”, – Kasparov bildirib.
Qeyd edək ki, bir müddət öncə ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən Kasparov Heydər Əliyevin himayəsindən danışmışdı. O demişdi:
“Heydər Əliyev mənə himayədarlıq edirdi. İlk dəfə o, məni və anamı 1979-cu ildə qəbul etdi, Banya Lukada ilk böyük uğurumu qazandım. Əliyev Bakıdakı erməni-yəhudi qanından olan oğlanın dəstək almasını çox vacib hesab edirdi. Əliyevin 1979-cu ildən 1985-ci ilə qədər etdiyi bütün yardımlar mənə qalxan olub. Çünki sovet sistemi Rusiya çempionunu bakılı metislə dəyişməkdə maraqlı deyildi. 1982-ci ildə Moskvada çıxış etdim. Sonra Belyavski ilə matç oldu, sonra Korçnoyla hekayə, məni diskvalifikasiya etməyə çalışanda. Və yenə də Əliyevin müdaxiləsi kömək etdi...”
- Pezeşkiandan Azərbaycanla bağlı çağırış
- Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb
- Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev
- Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik - Hacıyev
- Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!
- Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
- İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Faktlar
- Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı