Ermənistanın media sahəsinə 17,3 milyon dollar sərmayə qoyulacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn deyib.
Səfir ABŞ-ın Ermənistanın media sahəsinə, xüsusən də USAİD və İctimai Diplomatiya Ofisi proqramları çərçivəsində göstərdiyi dəstəyindən danışıb:
“Ermənistanda jurnalistika sahəsində təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsi və jurnalistika təhsili üzrə magistr proqramının hazırlanması üçün istifadə olunacaq 2,3 milyon dollarlıq investisiya da elan edilib”.
Qeyd edək ki, bu ilin mart ayında USAİD Amerikanın “Internews Network” təşkilatı ilə Ermənistanda Media Proqramı layihəsini həyata keçirmək üçün 15 milyon dollarlıq müqavilə imzalayıb. Layihə media sahəsinin inkişafı ilə məşğul olan yerli QHT-lərlə, xüsusən də Media Mərkəzi, eləcə də “İrəvan Press Klub” beynəlxalq qrupu və “Zinc Network” ilə işləyəcək.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Bakıda baş verən partlayışın – Anbaan videosu
- Ata və iki azyaşlı övladı su anbarında batdı