Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə BUTA.TV-a Azərbaycan XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.
Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.
- Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı
- İstanbul sahillərində PUA tapıldı - Video
- Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı
- Putin TŞ-nin iclasını çağırdı
- Türkiyədə təriqət liderinin qardaşı da saxlanıldı
- Rusiyanın bu aerodromunu vurduq - Zelenski
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq
- “Bu fakt qürur hissi doğurur”