Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən bölmələrin çıxarılması ilə bağlı bəyanatının ayrıca məqsədi ola bilər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatıy deyib.
Onun sözlərinə görə, Priqojin bir neçə aydır ki, diqqəti özünə cəlb etmək üçün çılğın bəyanatlar verməyə çalışır:
“Priqojinin bəyanatı iki səbəblə bağlıdır - birincisi, vaqnerçilərin işçi qüvvəsi tükənir, ikincisi, Rusiyanın hərbi rəhbərliyində daxili qarşıdurma davam edir.
Rus yaraqlılarına mərmi yox, insanlar çatmır, çox ağır itkilər verirlər. Rusiya Müdafiə Nazirliyi vaqnerçilərə istədikləri qədər yardım göndərmir. Onlar getmək üçün bəhanə axtarırlar”.
O əlavə edib ki, Priqojinin açıqlamasına baxmayaraq, Baxmutda şiddətli döyüşlər davam edir.
- Azərbaycanlıların olduğu gəmi vuruldu - Video
- Söyüş söyən abituriyent həbs edilib - Sənədləri verməsinə 1 gün qalmışdı
- İstanbul sahillərində PUA tapıldı - Video
- Azərbaycanlı diaspor lideri Rusiyada saxlanıldı
- Putin TŞ-nin iclasını çağırdı
- Türkiyədə təriqət liderinin qardaşı da saxlanıldı
- Rusiyanın bu aerodromunu vurduq - Zelenski
- Onlarla döyüşmək niyyətimiz yoxdur - İraq