Rusiyanın subyekti Buryatiya Respublikasının Kabanski rayonunun Oymur kəndi yaxınlığında, Baykal gölünün akvatoriyasında 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
"Yerli vaxtla saat 22.07-də Baykal gölünün akvatoriyasında maqnitudası 4,4 olan seysmik hadisə qeydə alınıb. Zəlzələnin episentri Kabanski rayonunun Oymur qəsəbəsindən 22 km şimal-qərbdə yerləşib”, - nazirliyin açıqlamasında deyilir.
Bildirilir ki, yeraltı təkanlar respublikanın 7 rayonunda - Kabanski, Pribaykalsk, İvolginski, Selenginski, Tarbaqatayski, Zaiqrayevski rayonlarında və Ulan-Ude şəhərində hiss olunub.
Azərbaycan və Türkiyə klublarının futbolçuları arasında kütləvi dava - Video
- Müttəfiqləri narahatdır: ABŞ onları qorumayacaq?
- “Green Card” udduğundan ərizə yazaraq vəzifəsindən gedibmiş
- Dəniz quldurları 2 gəmini ələ keçirdi
- Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
- ABŞ kəşfiyyatı Stiv Cobsu belə xilas edibmiş
- Çimərlikdə bir ailənin 3 üzvünün meyiti tapıldı
- Maxaçev döyüşlərdən kənarlaşdırıldı
- 1640-cı gün: Rusiyanın itkiləri yeniləndi