DTX-nin Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Xalq yazıçısı Elmira Axundovanın Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyətindən bəhs edən “Dövlətin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə DTX-nin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Elmira Axundovanın yaradıcılığından ətraflı söhbət açıb, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini, bu sahədə təqdirəlayiq işlər gördüyünü vurğulayıblar.
Sonra təhlükəsizlik orqanlarının fəaliyyətinin təbliğində göstərdiyi xidmətlərə görə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin adından Elmira Axundovaya mükafat təqdim edilib. Elmira Axundova göstərilən diqqətə görə təşəkkürünü bildirmiş, Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinin dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağına, bu kitabın Heydər Əliyev haqqında müəllifi olduğu digər kitablar kimi geniş oxucu auditoriyası qazanacağına əminliyini ifadə edib.
Sonda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına təqdim olunub.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı