Avropa Birliyi NATO olmadan Avropanı qoruya bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“AB-nin müdafiə səylərini alqışlayırıq. AB-nin qitəni qismən müdafiə edə bilməməsi səbəbindən rəqabətdən qaçmalıyıq. NATO-nun müdafiə xərclərinin 80 faizi AB xaricindəki müttəfiqlərindən gəlir. ABŞ, Kanada və İngiltərə Avropa müdafiəsi üçün mühüm önəmə sahibdir”, - deyə baş katib bildirib.
Onun sözlərinə görə, Şimali Amerika ilə Avropa arasındakı bağı sarsıtmağa yönəlik istənilən cəhd təkcə NATO-nu deyil, Avropanın özünü də parçalaya bilər.
Stoltenberq onu da əlavə edib ki, alyans qlobal ittifaq olmayacaq və Asiyadan üzvlər qəbul etməyəcək.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı