Qırx illik səyahətim, xəbərləri işıqlandırdığım müddət ərzində yüzlərlə ölkədə bir çox siyasətçi, prezident, ölkələrinə təsir etmiş qadın və kişilərlə tanış olmuşam. Prezident Heydər Əliyevlə 90-cı illərdə dəfələrlə görüşmək və müxtəlif vaxtlarda onu müşayiət etmək şərəfinə nail olmuşam.
BUTA.TV xəbər verir ki, bu sözləri Güney Azərbaycan əsilli tanınmış fransız fotoqraf Rza Deqati Ulu Öndər Heydər Əliyevlə bağlı İnstaqram səhifəsindəki paylaşımında qeyd edib.
Fotoqraf paylaşımında Heydər Əliyevlə bağlı çəkdiyi fotoların ilk dəfə nümayiş edildiyini diqqətə çatdırıb:
“O, mediaya həmişə yüksək münasibət bəsləyirdi və mənimlə tez-tez söhbətlər edir, işimlə bağlı suallar verirdi. Prezident Heydər Əliyev uzaqgörən sülh adamı və müasir Azərbaycanın qurucusu idi. Ümid edirəm, Heydər Əliyevin Azərbaycana olan böyük sevgisini bu şəkillərdə görəcəksiniz. Azərbaycan tarixinin bir parçası olan bu fotoşəkilləri Azərbaycan xalqına təqdim edirəm”.
“Qəzadan sonra maşını dərhal boyayıblar” - Ölən futbolçuların ailəsi narazıdır
- Tiktokda pul göndərmək mümkün olacaq
- Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı