Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində mayın 10-da tarixi əhəmiyyətli hadisə ilə qeyd olunub.
BUTA.TV xəbər verir ki, Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən Laçın şəhərinin dağ yamacına 8900 metrlik su xətti çəkilib.
Təbii bulaq suyu 300 metr yüksəklik fərqi ilə heç bir nasos basıncı olmadan öz axarı ilə şəhərə gətirilib. Su xəttinin çəkilişində 20 min kubmetrdən çox torpaq işləri görülüb.
Müasir suvarma sistemi dağətəyi ərazidə və dağ yamacındakı geniş yaşıllıqları yayın quraqlığından xilas edəcək.
Həmçinin, mayın 10-da Laçın şəhərinin Kəlbəcər, Şuşa, Qubadlı istiqamətlərindən üç girişində Bakı Abadlıq Xidməti, DİN Laçın Polis şöbəsinin rəhbərliyinin və doğma şəhərin abadlaşması üçün çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
- Övladları ilə birgə batan polis şəhid övladı imiş - Foto
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı