Baydendən iqtisadi böhran xəbərdarlığı

08:48 - 11 May 2023 - GÜNDƏM

 Baydendən iqtisadi böhran xəbərdarlığı

Konqres borc tavanının artırılması ilə bağlı razılığa gələ bilməsə, ABŞ-ın defoltu bütün dünyada iqtisadi problemlərə gətirib çıxaracaq.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“Amerikanın etibarlı tərəfdaş kimi zəhmətlə qazandığı reputasiyasının qorunması ilə bağlı çoxlu müzakirələr gedir. Bu, Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir, eyni zamanda dünya iqtisadiyyatı üçün də... İndi resessiya, milyonlarla iş yeri, dünya arenasında Amerikanın statusu ilə risk etmək vaxtı deyil”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Bayden borc həddinin 31,4 trilyon dollardan yuxarı qaldırmaq üçün Nümayəndələr Palatasının spikeri, respublikaçı Kevin Makkarti ilə danışıqlara başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol