Ordumuz Ermənistanda bufer zona yaratmalıdır - Ekspert

10:30 - 11 May 2023 - GÜNDƏM

 Ordumuz Ermənistanda bufer zona yaratmalıdır - Ekspert

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur.

Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev mövqelərimizin atəşə tutulması ilə bağlı danışarkən deyib.

“Ermənistan heç bir zaman səmimi olmayıb. Onların sülhlə bağlı heç bir niyyəti yoxdur. Hər zaman olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görür və görəcək. Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazimizdə xəsarət alırsa, belə bir vəziyyətdə, münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil”, - ekspert bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol