Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev mövqelərimizin atəşə tutulması ilə bağlı danışarkən deyib.
“Ermənistan heç bir zaman səmimi olmayıb. Onların sülhlə bağlı heç bir niyyəti yoxdur. Hər zaman olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görür və görəcək. Adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazimizdə xəsarət alırsa, belə bir vəziyyətdə, münasibətlərin gərgin səviyyəsində hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil”, - ekspert bildirib.
- Bakı və Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?