Bu ilin sonuna qədər Malayziya orbitdəki mövqeyindən Azərbaycanın xeyrinə imtina edəcək.
BUTA.TV xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kosmik fəaliyyət haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerləşir. Bu meridianla bağlı Malayziya hökuməti tərəfindən 90-cı illərdə bizdən əvvəl ərizə verilib. Yəni bu meridianı Azərbaycan Malayziya ilə bölüşür”, - S.Əsədov qeyd edib.
Onun sözlərinə görə, Malayziya əlverişli əməkdaşlıq nəticəsində bu resursu Azərbaycana vermək qərarına gəlib: "Bu ilin sonuna qədər Malayziya ilə bu prosesi sonlandıracağıq. 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, 4-6 peyk buraxa biləcəyik”.
- AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
- Fransa çətin qələbə ilə 1/4 finalda - Yenilənib
- Mbappe ilə Kasares arasında gərginlik - Video
- Diqqət: Daşınmaz əmlak bahalaşır...
- Səbinə Salmanovaya ağır itki
- Mərakeş darmadağınla 1/4 finala çıxdı - Yenilənib
- Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...
- Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi