Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3 751 metr hündürlükdə yerləşən sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla anıblar.
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Respublikasının Dövlət Bayrağı ilə yanaşı FHN-in rəmzi olan bayraq zirvədə dalğalandırılıb.
- “Dava edənləri ayıranda ürəyindən bıçaqlanıb” - Video
- “Qarabağ” səfərdən qalib ayrılır - Video-Yenilənib
- Bu ərazidə qaz kəsiləcək
- Mais Ağayev bu TV-yə rəhbər təyin olundu
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu