Ermənistan ya üzərinə düşəni edəcək, ya da... - Naumov

11:20 - 12 May 2023 - GÜNDƏM

 Ermənistan ya üzərinə düşəni edəcək, ya da... - Naumov

Münaqişə həll olunmayanda və onun zonasında silahlı insanlar olanda, gec-tez atəş açacaq.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov son günlər Ermənistanın təxribatı ilə bağlı açıqlamasında deyib.

Aydındır ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan qeyri-mütəşəkkil və mərkəzsizləşib. Bütün səhra komandirləri, silahlı dəstələr Nikol Paşinyana tabe deyil. Danışıqlar prosesində ləngimənin davam etdiyini görürük. Amma Azərbaycan ən ağır şəraitə baxmayaraq, santimetr-santimetr, metr-metr öz ərazi bütövlüyünün tam bərpasına yaxınlaşır. Amma yenə də Ermənistanın istəyi olmadan sülh sazişinin əldə olunması mümkün deyil. Açığı, əsas problem Azərbaycan və Ermənistanın İrəvanın mövqeyi səbəbindən danışıqlarda ciddi irəliləyiş əldə edə bilməməsidir. Azərbaycan indi diplomatik, hücum oyunu oynayır və bu sürəti azaltmaq niyyətində deyil. Azərbaycan üçün əsas nəticədir. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycan üçün böyük nəticədir. Ermənistanın əməkdaşlıq edib etməməsindən asılı olmayaraq Azərbaycan öz məqsədlərinə çatır”, - politoloq bildirib.

Naumovun sözlərinə görə, Azərbaycan gözləyir ki, vasitəçilər Ermənistanı vəziyyəti həll etmək üçün yeganə mümkün variantı götürməyə məcbur etsin, lakin Bakı heç kimdən asılı olmayaraq hər zaman hərəkətə keçməyə hazırdır:

“Normallaşmanın real ssenarisi Azərbaycanın bütün torpaqları üzərində nəzarəti bərpa etməsidir. Belə də olacaq. Hesab edirəm ki, vəziyyətin həllində əsas məqam Rusiya sülhməramlılarının beş illik mandatının başa çatmasıdır. Bu vaxta qədər Ermənistan ya sülh yolu ilə bağlı öz üzərinə düşəni edəcək, ya da təzyiq altında bunu etməli olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol