İran Təhsil Nazirliyinin təhlükəsizlik qüvvələri Fars əyalətinin Fəraşbənd şəhərində keçirilən qaşqay türklərinin türkcə konsert proqramınının davam etməsinə imkan verməyib.
BUTA.TV xəbər verir ki, bu barədə qaşqay sosial media fəalları məlumat yayıb.
Məlumatda iki qaşqay millət vəkili, keçmiş təhsil naziri və Fəraşbənd şəhərinin Təhsil İdarəsinin də iştirak etdiyi konsert proqramının yarımçıq dayandırıldığı, sənətçilərin məcburi şəkildə zaldan çıxarıldıqları bildirilib.
Konsert proqramında tanınmış qaşqay skripka ifaçısı, ustad Xəşayar Şəhna, qaşqay müğənni Məhəmməd Radfər və başqa məşhur qaşqay sənətçilərin ifaları nəzərdə tutulsa da, məmurlar buna imkan verməyib.
Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyondur. İranın Kohgiluyə və Boyer-Əhməd, İsfahan, Fars, Xuzistan və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurdu” adı ilə tanınır.
- Bu MMC-nin lisenziyası ləğv edildi
- Ermənistan həmin dəmir yolunu özü çəkəcək - Paşinyan açıqladı
- Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
- Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
- Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi - Video
- Onlar ölkəyə gətirdikləri turistlərə görə subsidiya alacaqlar
- 6 maşını, 2 marketi soyan şəxs saxlanıldı
- 3 yeni turizm və rekreasiya zonası yaradılacaq