Mayın 12-də Təbrizdə Güney Azərbaycanın "Traktor" klubu ilə Mazəndəranın "Nəssaci" klubu arasında keçirilən qarşılaşma zamanı maraqlı hadisələr yaşanıb.
BUTA.TV xəbər verir ki, Təbrizin Səhənd (Yadigari İmam) stadionunda matç zamanı bəluc fəallar İranda yaşayan qeyri-fars xalqların birliyini nümayiş etdirən lövhələr qaldırıblar.
Lövhələrdə "Qeyri-fars xalqların fars şovinizminə qarşı birliyi", "Azərbaycan, Əl-Əhvaz, Bəluçistan". "İnsanlara azadlıq, millətlərə istiqlal" kimi şüarlar yazılıb.
Bəluc fəallar bu addımın Tehran hökumətinin İranın cənubunda yerləşən Çabahar limanında yeni nəqliyyat marşrutunun inşası və iqtisadi zonanın yaradılmasında Ermənistan hökuməti ilə əməkdaşlığına cavab olduğunu bildiriblər.
Onlar İran və Ermənistanın genişlənən əməkdaşlıq və müttəfiqliyinin İranda yaşayan azərbaycanlılar, ərəblər və bəlucların bir-birlərinə daha çox yaxınlaşmasına səbəb olduğunu qeyd ediblər.
- Sabirabadda avtomobil piyadanı vurub öldürdü
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı