Ukrayna-Rusiya müharibəsinin davam etdiyi Ukraynanın Xarkov şəhərində təhlükəsizlik məqsədilə metro stansiyasında boks turniri keçirilib.
BUTA.TV xəbər verir ki, Ukraynada müharibədən ən çox zərər çəkən şəhərlərdən biri olan Xarkovda “Xarkov müdafiə qəhrəmanları” mövzusunda boks turnirinin açılışı olub.
Turnirdə Boks üzrə Ukrayna Milli Komandasının və Xarkov Boks Komandasının idmançıları iştirak ediblər.
Birgünlük turnirin açılışında çıxış edən Xarkov vilayətinin Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov belə bir tədbiri Xarkovda təşkil etməkdən məmnun olduğunu bildirib. O, Xarkov vilayətini müdafiə edən əsgərlərin şərəfinə təşkil olunan turnirə vətəndaşların böyük maraq göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda bəzi insanlar təhlükəsizlik səbəbindən metro stansiyalarında qalmaqda davam edir.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ata və övladları dəfn olundu - Bir ailənin faciəsi
- Van Dammın heykəlini Vəndama qaytardılar - Fotolar
- Arzumun səhhəti pisləşdi
- 16 uşağın kabusu olan ev... - Dünya bunu danışır+Video
- Bakıda milyonluq yol layihəsi su altında qaldı - Video
- Zərdabda su arxından meyit tapıldı
- Tünzalə Əliyevanın qardaşı vəfat etdi