Türkiyədəki Almaniya Baş Konsolluğu seçkilərdən sonra iğtişaşların olma ehtimalına görə qardaş ölkədəki almanlara xəbərdarlıq edilib.
BUTA.TV xəbər verir ki, xəbərdarlıqda bildirilir:
“Seçkilərin nəticəsində qeyri-müəyyənliyi və namizədlərin nəticələrə mümkün reaksiyasını nəzərə alsaq, seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra iğtişaşların ola biləcəyini istisna etmək olmaz. Bunla əlaqədar olaraq, bu gecə şəhəri gəzməməyi məsləhət görürük. Həmçinin, elektrik və rabitə xətlərinin kəsilə biləcəyindən də ehtiyat edilir. Buna bacardığınız qədər hazırlaşmağınızı tövsiyə edirik”.
Qeyd edək ki, Türkiyə mediası bu xəbərdarlığı seçkiyə müdaxilə və təxribat cəhdi adlandırıb.
- Gürcüstan qaranlığa qərq oldu
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi