Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm.
BUTA.TV xəbər verir ki, bunu ATA İttifaqından prezidentliyə namizəd Sinan Oğan deyib.
Oğan seçimlərin ikinci tura qalacağını bildirib:
“Millətimizə xeyirli olsun. Bundan sonra bizi çətin bir proses gözləyir. Bizə səs verən və bizi bu nöqtəyə gətirən hər bir vətəndaşa təbrik və təşəkkürlərimi çatdırıram. Biz çətin şəraitdə seçki işləri apardıq. Əslində gözlədiyimiz səs daha yüksək idi. Ancaq Türkiyədəki seçim şərtləri bəllidir, ona görə də bu barədə qiymətləndirməmi daha sonra verəcəm”.
Oğan qeyd edib ki, 1-2 gün ərzində ATA İttifaqının liderləri ilə iclas keçirəcək:
“Buna uyğun olaraq bir nəticə müəyyən edəcəyik. Bu nəticənin vəziyyətinə uyğun olaraq yol xəritəmizi açıqlayacağıq. Bundan sonra qarşıdakı 14-də gündə üzərimizə düşəni edəcəyik. Türkiyənin heç vaxt böhrana düşməsinə imkan verməyəcəyik. Bu seçki prosesini düzgün idarə edən biz olduq. Biz öz münasibətimizlə seçkinin nəticələrinə birbaşa təsir göstərmişik və dəyişmişik. Bu səbəbdən önümüzdəki dövrdə də bu mövqeyimizi davam etdirəcəyik və məsələ ilə bağlı millətimizin xeyrinə qərarlar verəcəyik”.
- İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
- Kreml indi də Qod Nisanovu hədəf alıb – ANONS verildi
- Klinika direktoru arvadını buna görə güllələyib - Təfərrüat
- Əliyevlə Bediməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto
- Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama
- Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto
- Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto