Ermənistan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirməyi sürətləndirməlidir.
BUTA.TV xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti görüşə dair şərhində əksini tapıb.
Bildirilib ki, görüş münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçün bir fürsət təşkil edib. Bu kontekstdə, xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi və minasızlaşdırma sahələrində addımlar atılmasının sürətləndirilməsinin vacibliyi bir daha vurğulanıb.
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Nazir müşavirini işdən çıxardı
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...