Daşkəsən rayonunda güclü küləkdən, intensiv dolu yağışlarından və sel-sullarının yaratdığı təbii fəlakətdən sonra mayın 14-ü axşam saatlarından başlayaraq rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.
BUTA.TV xəbər verir ki, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.
Hazırda rayon ərazisində qarın yağması və qeyri-sabit hava şəraiti davam edir.
Yağan qarın qalınlığı kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb.
Qarın yağması elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasındakı yollarda hərəkətə müəyyən problemlər yaradıb.
Hazırda qabaqlayıcı tədbirlər görülür.
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı
- Beşinci qrup üzrə qəbul planı nə qədərdir?