Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə xidmət rəsmisi Qafar Ağayev məlumat verib.
O bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.
"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.
- Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video
- Həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
- Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
- Təyyarə biletləri ilə bağlı tədbirlər görüləcək – Sərəncam
- Daha 34 ölkəyə vizasız gedə biləcəyik
- “Bu kəndlər Ermənistan ərazisi deyil”
- Hərbi biletlə bağlı qərar: 200 manat cərimə...
- İlham Əliyev fərman imzaladı