FHN əməkdaşı Avropa çempionatında medal qazandı

16:16 - 15 May 2023 - GÜNDƏM

 FHN əməkdaşı Avropa çempionatında medal qazandı

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

BUTA.TV xəbər verir ki, nüfuzlu idman tədbirində 43 ölkədən 1200 atlet mübarizə aparıb.

Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin baş məsləhətçisi Adil Cəfərov da iştirak edib. Adil Cəfərov 80 kq çəki dərəcəsində mötəbər yarışın “Masters” kateqoriyasında Avropa çempionatının bürünc medalını qazanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol