ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş “Executive Mini-MBA” proqramı başa çatıb.
21 ABB meneceri “Executive Mini-MBA” təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib.
Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək.
Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü