Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 13 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 16 nəfər sağalıb, 1 nəfər xəstəlikdən vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 831 706 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 351 nəfər müalicə olunaraq sağalıb, hazırda 89 aktiv xəstə var. Bu günə qədər 10 270 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 015, bu günə qədər isə ümumilikdə 7 608 942 test icra olunub.
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...
- Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü