Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.
Axar.za xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.
Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər
- Bakının 2 rayonunda işıq olmayacaq
- Oğuza istirahətə getdi, kirayə qaldığı evdə öldü
- Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş - Foto
- Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
- Maşını ilə gəlinini narahat edən kişinin üzərindən keçdi
- Ağır qəza: bir ailənin 3 üzvü öldü - Foto
- Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
- Dramatik matçda İngiltərə 1/4 finala vəsiqə qazandı - Yenilənib