Texnologiyanın inkişafına, müasir silah növlərinin və kəşfiyyatın yaranmasına baxmayaraq, hər şeyi piyadalar həll edir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç ölkəsinin əks-hücumu barədə danışarkən deyib.
"Bütün hərbi orkestrin piyadaların irəliləməsi üçün coğrafiyadan qeyri-standart istifadə etmək bacarığı - bu, hərb sənətidir. Kimsə ona sahibdir, kimsə yox. On beş aylıq müharibə göstərdi ki, düşmən ancaq cəbhədən hücuma keçməyi bilir", - sabiq müşavir bildirib.
O qeyd edib ki, Ukrayna müdafiə qüvvələri relyefdən, qüvvə və vasitələrin mövcudluğundan asılı olaraq, qeyri-standart hərəkətlər edə biləcəklərini nümayiş etdiriblər:
"Ərazi və hazırlıq nəzərə alınmadan cəbhədən hücumlar bizim yolumuz deyil. İndi əks-hücumun ilkin mərhələsi düşmənin arxa cəbhəsinin sıradan çıxarılması, onu effektiv müqavimət göstərmək imkanından məhrum etmək və təhdidlərə vaxtında cavab verməkdir. Ən maraqlısı daha sonra başlayacaq".
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Qoşqar Təhməzliyə yeni müavin təyin olundu - Foto
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video