Ermənistan təxribat üçün niyə Zodu seçib? - Video

09:34 - 19 May 2023 - GÜNDƏM

 Ermənistan təxribat üçün niyə Zodu seçib? - Video

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəs mütəmadi olaraq pozulur.

BUTA.TV Xezerxeber.az-a istinadən xəbər verir ki, qarşı tərəf sözügedən ərazilərdə təxribatlar zamanı döyüş PUA-larından tez-tez istifadə edir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Zod istiqamətini seçməsinin müxtəlif səbəbləri var.

Onun sözlərinə görə, bunlardan biri şərti sərhəddə yerləşən Azərbaycan Ordusunun həmin ərazilərdə baş verən proseslərdən diqqətini yayındırmaqdır. Onlar bu yolla həm də öz mövqelərini gücləndirməyə cəhd edirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Hərbi ekspert Ermənistanın istifadə etdiyi pilotsuz uçuş aparatlarına da diqqət çəkib. Bildirib ki, primitiv qaydada hazırlanan avadanlıqlar ordumuzun balansında olan zərbə dron aparatları ilə müqayisə oluna bilməz.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu qarşı tərəfin pilotsuz uçuş aparatlarını asanlıqla sıradan çıxarır.

Ekspert vurğulayıb ki, Ermənistan belə cılız addımlarla döyüş meydanında və danışıqlar prosesində istəyinə nail ola bilməyəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol