Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.
Bu barədə BUTA.TV-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlətdilmiş 1 ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Qoşqar Təhməzliyə yeni müavin təyin olundu - Foto
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır