Ukrayna qoşunları mayın 18-də əks-hücum əməliyyatları zamanı Baxmutda taktiki təşəbbüsü ələ keçirərək əhəmiyyətli uğurlar əldə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu, Ukrayna qüvvələrinin yeni böyük əməliyyatının başlanğıcı yox, bir neçə gündür aparılan əks-hücumların davamıdır.
Bir neçə rusiyalı hərbi jurnalistin iddiasına görə, Ukrayna qüvvələri İvanovskinin cənub və cənub-qərbində (Baxmutdan 6 km qərbdə), Kleşeyevkanın isə şimal-qərbində (Baxmutdan 6 km cənub-qərb) Rusiyanın müdafiə xətlərini yarıb. Rusiya qüvvələri Sakko və Vançettinin şimalındakı mövqelərdən (Baxmutdan 15 km şimalda) cənubundakı mövqelərə çəkilib, ancaq Ukrayna qoşunları hələ də kəndə daxil olmayıb.
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Qoşqar Təhməzliyə yeni müavin təyin olundu - Foto
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı