Hakim “Mülki müqavilə”dən olan deputat Akop Aslanyan “Daşnaksütyun”un fəaliyyətinin dayandırılmasının zəruriliyini bəyan edib. O bildirib ki, belə bir prosesə başlamaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Daşnaksütyun fəaliyyətini dayandırmalıdır, çünki o, antierməni təşkilatıdır. Bunu bir çox tanınmış adamlar da deyir. Bir neçə ildən sonra onlar ölü partiya kimi siyasi səhnəni tərk edəcək”, - Aslanyan bildirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə “Daşnaksütyun”nun fəaliyyəti siyasi partiyalar haqqında qanunu pozmaqda ittiham edilərək dayandırılmışdı. Lakin Robert Köçəryan hakimiyyətə gəldikdən sonra daşnakları yenidən Ermənistanın siyasi meydanına qaytardı.
- Ürək tutmasından öldü, qəzaya səbəb oldu
- Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir?
- Avtovağzalın yanında avtobus yandı - Video
- AZAL-ın cari il üçün əsas prioritetlərindən biri... - Məmmədov
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Qoşqar Təhməzliyə yeni müavin təyin olundu - Foto
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı