Yazıçı, tərcüməçi və uşaq hüquqları müdafiəçisi Sərvinaz Əhmədi həbs cəzasına məhkum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə İran Yazıçılar Birliyi bəyanat yayıb.
Bəyanatda yazıçının həyat yoldaşı, işçi hərəkatı fəalı və jurnalist Kamyar Fəkurun da saxlanıldığı, barəsində cinayət işi açıldığı qeyd edilib.
Xanım yazıçı “hökumətə qarşı təbliğat" və "ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq üçün fəaliyyət” ittihamlarına görə 3 il 3 ay həbs cəzasına məhkum edilib.
Yazıçılar Birliyi İran hökumətinin Sərvinaz Əhmədi və başqa yazıçılara qarşı repressiyalarını pisləyib, bunu Tehran hökumətinin repressiya maşınının daha da qəddarlaşmasının nümunəsi adlandırıb.
Qeyd edək ki, İran xanım yazarların həbsinə görə dünyada liderdir.
- Sabah 37 dərəcə isti olacaq
- ABB-dən süni intellekt əsaslı Fərdi Maliyyə Meneceri!
- Bakıda ödənişsiz avtobuslar fəaliyyətə başladı
- Prezident onu sədr müavini təyin etdi
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi