Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV təbrikin mətnini təqdim edir:
"Zati-aliləri!
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına Gürcüstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Prezident Heydər Əliyev müasir Azərbaycan dövlətinin formalaşmasında mühüm rol oynamış görkəmli dövlət xadimi idi. Məhz onun uzaqgörənliyi güclü və firavan dövlət quruculuğunun əsasını qoydu.
Bütün ölkə üçün ümid çırağı olmuş atanızın Azərbaycan xalqının firavanlığı naminə gördüyü işlər və göstərdiyi səylər gələcək nəsillərin yaddaşında qalacaq, daim onların ilham və qürur mənbəyi olacaqdır.
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü qlobal miqyasda mühüm dövlət kimi təsdiqlədi. O, ölkələrimiz arasında əlaqələrin inkişafında həlledici rol oynayıb. Gürcüstan Azərbaycanla möhkəm dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirir. Biz xalqlarımızın firavanlığı naminə bu əlaqələri daha da dərinləşdirməyə hazırıq.
Zati-aliləri, Sizə bir daha dərin ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, cansağlığı və firavanlıq arzulayıram".
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama
- Azərbaycan yeni aldığı qırıcıları havalandırdı - Video
- Partlayışda ölən qız imtahandan yüksək bal toplayıbmış - Foto
- Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib...