Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq.
BUTA.TV xəbər verir ki, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.
ABŞ rəhbəri qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək.
Cozef Bayden qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığı daha da gücləndirməyi həvəslə gözlədiyini qeyd edib.
- Bu “Azərsun”un inkişafının əsas hərəkətverici qüvvəsi olacaq
- Şıx çimərliyində dənizə nə tökülür? - Video
- Ermənistana 30 vaqon propan qazı göndərilir
- Şuşada mühüm konfrans keçirildi
- Xameneini biz öldürdük - Katz
- "Azercell" yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir
- İlk elektrikləşdirilmiş dəmir yolu xətti: 100 il ötdü - Video
- Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...